Həsən Arat:“Haqqında çox yaxşı fikirlər səsləndirirlər”

Bakı,14 May,Sporaz.tv

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Həsən Arat Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu tərifləyib.

Sporaz.tv məlumat verir ki, funksioner bu barədə 52 yaşlı mütəxəssisin İstanbul təmsilçisinin baş məşqçi postuna namizəd olması ilə bağlı iddiaları şərh edərkən deyib.

O, Q. Qurbanovun kifayət qədər uğurlu məşqçi olduğunu vurğulayıb: “Haqqında çox yaxşı fikirlər səsləndirirlər”.

Qeyd edək ki, Türkiyə mətbuatında yayılan xəbərlərə baxmayaraq, Qurban Qurbanov “Beşiktaş”dan rəsmi təklif almadığını açıqlayıb.

Mənbə:Report