Həsən Arat Mario Qomezlə görüşüb

Bakı, 1 may, Sporaz.tv

Beşiktaş klubunun prezidenti Həsən Arat Almaniyada Bayern Münhen klubunun prezidenti Herbert Hainer və RB Leipzig-in texniki direktoru Mario Qomez ilə görüşüb və fikir mübadiləsi aparıb.

Sporaz.tv  xəbər verir ki, Prezident Arat UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində dünən Allianz Arenada keçirilən Bayern Münhen – Real Madrid oyununu izlədi.

Arat Bayern Münhen klubunun prezidenti Herbert Hainer ilə də görüşərək fikir mübadiləsi aparıb, daha sonra bir müddət Beşiktaşda çıxış edən RB Leipzig Texniki Sorumlusu Mario Qomezlə görüşüb.

Həsən Arat və Qomez 2:2 hesabı ilə başa çatan “Bavariya” – “Real Madrid” matçını birlikdə izləyib.

Prezident Arat bu gün keçiriləcək “Borussiya Dortmund” – PSJGmatçını tribunadan izləyəcək.

Vüqar Alışov