Gürcüstandan qol məşqi

Bakı, 10 iyun, Sporaz.tv

Türkiyənin 2024-cü il futbol üzrə Avropa çempionatındakı (AVRO 2024) rəqiblərindən olan Gürcüstan, yoldaşlıq görüşündə Monteneqronu 3:1 hesabı ilə məğlub edib.

Sporaz.tv xəbər verir ki, AVRO-2024-də Türkiyə ilə F qrupunda yer alan Gürcüstan millisi 14 Podqoritsa şəhər stadionunda baş tutan yoldaşlıq oyununda Monteneqro ilə üz-üzə gəlib.

Gürcüstan 10-cu dəqiqədə Otar Kiteişvilinin və 33-cü dəqiqədə Georges Mikautadzenin qolları ilə 2:0 önə keçib, Monteneqro isə 66-cı dəqiqədə Stevan Yovetiçin qolu ilə fərqi 1-ə endirib.

Gürcüstan 83-cü dəqiqədə Budu Zivzivadzenin qolu ilə fərqi yenidən ikiyə çatdırıb və görüşdən 3-1 üstün ayrılıb.

Türkiyə, AVRO 2024-də F qrupundakı ilk oyununda iyunun 18-də Gürcüstanla qarşılaşacaq.