Bakı,11 iyun,Sporaz.tv
Futbol üzrə Avropa Çempionatının həyəcanı başlayır. AVRO-2024-də F qrupunda yer alan Gürcüstanın heyəti açıqlanıb. Pley-offda Yunanıstanı məğlub edərək qruplara vəsiqə qazanan Gürcüstan Milli Komandanın yer aldığı F qrupunda mübarizə aparacaq. F qrupuna Türkiyə, Portuqaliya və Çexiya kimi komandalar daxildir. Qrupu ilk iki pillədə başa vuran komandalar son 16 tura yüksələcək.
Sporaz.tv xəbər verir ki, AVRO-2024-də çempionluq uğrunda 24 komanda mübarizə aparacaq. Heyət dəyərinə görə turnirin təvazökar komandaları arasında yer alan Gürcüstanın çempionatda mübarizə aparacağı heyət açıqlanıb. Villi Sanolun idarə etdiyi Gürcüstanda Kvaratsxeliya, Mamardaşvili və Mikautadze kimi önəmli oyunçular var. O, Gürcüstanın hücum xəttində Zivzivadze, Kvilitaia və Mikautadze ilə effektli olmağa çalışacaq. Gürcüstan turnirdə ilk oyununu Türkiyə ilə keçirəcək.
Qapıçı: Giorgi Loria, Giorgi Mamardashvili, Luka Gugeshashvili
Müdafiə: Guram Kashia, Otar Kakabadze, Solomon Kvirkvelia, Lasha Dvali, Jemal Tabidze, Luka Lochoshvili, Giorgi Gocholeishvili, Giorgi Gvelesiani
Mərkəz: Gabriel Sigua, Nika Kvekverskiri, Otar Kiteishvili, Saba Lobzhanidze, Zuriko Davitashvili, Giorgi Chakvetadze, Levan Shengelia, Giorgi Tsitaishvili, Anzor Mekvabishvili, Giorgi Kochorashvili, Sandro Altunashvili
Hücum: Giorgi Kvilitaia, Khvicha Kvaratskhelia, Budu Zivzivadze, Georges Mikautadze
Gürcüstan futbol üzrə Avropa çempionatında F qrupunda mübarizə aparacaq. F qrupunda yer alan komandalar;
Türkiyə
Portuqaliya
Çexiya
Gürcüstan
Bahar Rüstəm