“Gün gələr,dövran dönər”:Toni Kroos

Bakı,27 may,Sporaz.tv

Avropa futbolunun seyrinə, paltar dəyişmə otağındakı bir mübahisə, bir nümayiş yön verdi. Qapını çırpan Toni Kroos,onunla inadlaşmaması lazım olduğunu göstərdi.

Atası sabiq futbolçu Roland, anası isə Almaniya badminton çempionu Birgittidir. 16 yaşında Rostockdan Bayernə qatıIdı. Leverkusene kiralandı. 35 matçda 9 qol,12 məhsuldar ötürmə ilə oynayınca bu səfər 1-ci seçim olaraq Münihə qayıtdı.

Komandanın başındakı Van Gaal ilə arası yaxşı deyildi. Heynckes və Guardiola ilə komandanın mərkəzinə yerləşdi.

Bir çox ulduzdan dah az bir əmək haqıyla, 6 milyon avroya oynayırdı. Bayern Münih prezidenti Karl-Heinz Rummenigge, Krosa “10 milyon avro qazanacaq bir oyunçu olduğunu düşünmürük.”-dedi.

Manchester United(Mançestır Yunayted)-ə imza atmaq üzərəykən, komandanın başına sabiq məşqçi Van Gaal gətirildikdə anlaşma pozuldu. Və Ancelottidən gələn telefon Avropa futbolunun talehini dəyişdirdi.

“Toni,Madridə köçməyə nə deyirsən?”

Bahar Rüstəm