Bakı, 18 oktyabr, Sporaz.tv
“Manchester City“(Mançester Siti)-nin baş məşqçisi Pep Guardiola, “Wolves“-lə oyun öncəsi təşkil olunan mətbuat konfransında açıqlama verib. Guardiola, ondan Tuchelin milliyyəti ilə bağlı sual verildikdə əsəbiləşib və İsrail-Qəzza nümunəsini göstərib.
Sporaz.tv məlumat verir ki, Premyer Liqanın 8-ci həftəsində “Manchester City”, “Wolves”-in qonağı olacaq. Oktyabrın 20-də bazar günü Molineux Stadionunda oynanılacaq oyundan əvvəl mətbuat konfransı keçirilib və “Manchester City”-nin meneceri Pep Guardiola açıqlama verib.
İngiltərə Futbol Federasiyası, Thomas Tucheli milli komandanın baş məşqçisi təyin edib. Mətbuat konfransında müxbir, Guardiolaya, “İngiltərədə, “Türkiyə milli komandasının məşqçisi ingilis olmalıdır” fikri var. Razısınızmı?” sualını verdi. Kataloniyalı baş məşqçi xalqın düşüncə tərzinə və sualına əsəbiləşib.
Alman məşqçi haqda danışan Pep Guardiola: “Tomas Tuchel çox yaxşı məşqçidir. Ona İngiltərə Milli Komandasında uğurlar arzulayıram. Əminəm ki, yaxşı şeylər əldə edəcək. İnsan olaraq seçə bilmədiyimiz şeylər var. Kataloniyalı olmağı seçə bilməzsiniz. Siz öz ananızı və atanızı seçə bilməzsiniz , amma Futbol Federasiyasına baxdığımızda dünyaca məşhur bir menecerin gəldiyini bilirik, yaşadığımız yerlə, təhsilimizlə qürur duyuruq, amma dünya böyükdür. Mən İspaniyadan gəldim və Rusiyada, İsraildə, Qəzzada, Ukraynada və Afrikada etdiklərimə baxın: “Mən bu vəziyyəti tənqid etmirəm. Biz insanları daha yaxşı etmək üçün çalışmalıyıq.”-deyə bildirib.