Gregg Berhalter, ABŞ-dakı işindən qovulub

Bakı, 11 iyul, Sporaz.tv

Copa America ilə erkən vidalaşan ABŞ Milli Komandası baş məşqçi Gregg Berhalterlə yollarını ayırıb.

Sporaz.tv xəbər verir ki, 2024-cü ildə Amerika Kubokuna ev sahibliyi edən ABŞ-da ilk mərhələdə mübarizədən kənarlaşdırılmanın günahı məşqçi Gregg Berhalterin üzərinə qoyulub.

Amerika Kubokunda Uruguay, Panama və Boliviya ilə C qrupunda yer alan ABŞ Milli Komandası, 2 məğlubiyyət və 1 qələbə qazanıb. Qrupu 3 xalla 3-cü pillədə başa vuran meydan sahibləri turnirlə erkən vidalaşıb.

Berhalter, 2018-2022-ci illər arasında çalışdırdığı milli komandadan barəsində aparılan istintaq səbəbilə 6 ay müddətinə uzaqlaşdırılıb və 2023-cü ilin avqustunda vəzifəsinə qayıdıb.