“Göztepe”nin yeni mövsüm formaları təqdim olunub

Bakı, 18 iyul, Sporaz.tv

Trendyol Super Liqasının yeni komandalarından olan “Göztepe” 2024-2025 mövsümündə geyinəcəkləri formaları təqdim edib.

Sporaz.tv xəbər verir ki, aktyor Rıza Kocaoğlunun yer aldığı “Doğum daşımız üsyandır, sifətimiz əfsanədir” başlıqlı video ilə tanıdılan formalar “damalı”, “zadəgan” və “əfsanəvi” adları ilə paylaşılıb.

2025-ci ildə 100 illiyini qeyd edəcək “Göztepe”, bunun üçün nəzərdə tutulan formanı gələcəkdə də təqdim edəcək.