“Göztepe”dən müdafiə üçün Tanzaniya əlavələri

Bakı, 16 iyul, Sporaz.tv

Transfer çalışmalarını davam etdirən “Göztepe“nin Belçikanın Zulte Waregem komandasında çıxış edən Novatus Dismas Miroshiyə təklif etdiyi və futbolçunun “sarı-qırmızılı” komanda ilə razılaşmaya müsbət yanaşdığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Göztepe” Super Liqada yeni mövsümdən əvvəl sol cinah müdafiəçisi Djalma Silva, yarımmüdafiəçi İsaak Solet, müdafiəçi Koray Günter, sağ cinah müdafiəçisi Nazım Sangare və qapıçı Ekrəm Kılıçarslanla müqavilə imzalayıb.

“Göztepe” Novatus Dismas Miroshini siyahıya əlavə etdi. Belçikanın “Zulte Waregem” komandasının futbolçusu olan tanzaniyalıya təklif edildiyi və futbolçunun “Göztepe”yə gəlməsinə müsbət yanaşdığı bildirilib.

Sol cinah müdafiəçisi də daxil olmaqla müdafiəçi və yarımmüdafiəçi kimi çıxış edə bilən 21 yaşlı futbolçu ötən mövsüm Ukraynanın aparıcı klublarından olan “Shakhtar Donetsk”unda icarə əsasında çıxış edib. Miroshi Ukrayna təmsilçisinin heyətində 5 oyun keçirib.

Ölkəsində “Biashara United”də futbola başlayan gənc futbolçu “Azam” FK-da çıxış etdikdən sonra İsrailin “Maccabi Tel Aviv” komandasına transfer olunub. Həmin ölkədə “TLV Bat Yam”da çalışan futbolçu Belçikanın “Zulte Waregem” komandasına transfer olunub. Miroshinin Waregem ilə daha 1 illik müqaviləsi var.

Bahar Rüstəm