Gökhan İnlerin yeni ünvanı rəsmi olaraq açıqlanıb

Bakı, 13 iyun, Sporaz.tv

Ötən mövsümü “Beşiktaş”da keçirən, lakin oynamaq şansı olmayan Gökhan İnlerUdineze”nin idman direktoru olub.

Sporaz.tv xəbər verir ki, Gökhan İnler 4 il futbolçu kimi çıxış etdiyi İtaliya A Seriyasının Udineze komandasına qayıdıb.

“Udineze”dən verilən açıqlamada idman direktoru vəzifəsinə Gökhan İnlərin təyin olunduğu açıqlanıb.

Gökhan İnler 2007-2011-ci illərdə “Udineze”də çıxış edib. İnler Türkiyənin “Beşiktaş”, “Başakşehir” və “Adana Dəmirspor” klublarında çıxış edib.