Bakı, 6 oktyabr, Sporaz.tv
İspaniya La Liqasının 9-cu turunda “Girona” “Atletic Bilbao“nu qəbul edib. “Girona”nın 2:1 hesablı qələbə qazandığı qarşılaşmada meydan sahiblərinin qapıçısı Paulo Gazzaniga 3 penaltini dəf edərək önə keçib.
Sporaz.tv xəbər verir ki, “Girona” La Liqanın 9-cu həftəsində qəbul etdiyi “Atletic Bilbao”nu 2:1 hesabı ilə məğlub edib.
“Girona”ya qələbə qazandıran qolları 39-cu dəqiqədə Asprilla, 90+9-cu dəqiqədə isə Stuani penaltidən vurub. “Atletic”in yeganə qolu Oihan Sancet olub.
Digər tərəfdən, “Girona”nın qapıçısı Paulo Gazzaniga matçda 3 penaltidən xilas edərək matçda önə keçib.
28-ci dəqiqədə Berenguerin penaltini dəf edən Gazzaniga 56-cı dəqiqədə Inaki Williamsın da penaltini dəf etdi, lakin argentinalı qapıçı zərbədən əvvəl xətti tərk etdikdən sonra penalti təkrarlandı.
Ander Herreranın penalti zərbəsindən topu yenidən qəbul edən qapıçı Gazzaniga ümumilikdə 3 penalti vuraraq komandasının qalib gəlməsində aparıcı rol oynayıb.
Bahar Rüstəm