“Giresunspor”dan Faustin Senqhorla bağlı açıqlama

Bakı,15 may, Sporaz.tv

Trendyol I liqada aşağı liqaya düşən Bitexen Giresunspor seneqallı müdafiəçi Faustin Senqhorun zədələnməsi və ondan sonrakı proseslə bağlı məlumat verib.

Sporaz.tv xəbər verir ki, klubun saytında verilən açıqlamada bəzi mətbuat orqanlarında Faustin Senqhorla bağlı klubu ittiham edən xəbərlərin olduğu bildirilib.

Açıqlamada Senqhorun əvvəlki idarəçilik dövründə 2022-2023 mövsümündə FC Shkupi klubundan 250 min avroluq transfer haqqı ilə transfer edildiyi bildirilib və futbolçunun heç bir yarışmada oynamadığı diqqətə çatdırılıb. Bu mövsüm Giresunspor forması ilə liqada.

Futbolçunun iki ciddi zədədən sonra klub tərəfindən əməliyyat olunduğu bildirilib və bunlar qeyd edilib:

“Sonradan həkim briqadamız tərəfindən müalicə olunub. Futbolçu klubumuzun müəssisələrində digər futbolçularımızla eyni şəraitdə qalıb, qidalanmasında heç bir problem olmayıb, əksinə, müəssisəmizin əməkdaşları tərəfindən ona xüsusi diqqət yetirilib”.

Vüqar ALIŞOV