“Giresunspor”a transfer qadağası

Bakı, 28 iyun, Sporaz.tv

TFF 2-ci Liqa Qırmızı qrupda mübarizə aparacaq “Giresunspor“a 2 müddətli transfer qadağası verildiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, klubun saytında yer alan açıqlamada əvvəlki futbolçulardan Brandley Kuwasın maaşlarını ödənilmədiyi üçün müqaviləni haqlı olaraq ləğv etdiyi bildirilib.

Transfer qadağası verildiyi vurğulanan açıqlamada bunlar qeyd edilib:

“Sözügedən qərar 2024-cü il martın 1-də verilib və növbəti 2024-2025 futbol mövsümünün 1-ci Transfer və Qeydiyyat Dövrü və 2-ci Transfer və Qeydiyyat Dövründə icra olunacaq. FİFA və TFF-yə olan bütün borclar ödənsə də, klubumuz yuxarıda qeyd etdiyimiz 2 dövr ərzində transfer edə bilməyəcək.”