Giovanni van Bronckhorstdan Şenol Günəşə təriflər

Bakı, 15 sentyabr, Sporaz.tv

Trendyol Super Liqasında mövsümün ilk derbisində “Trabzonspor” və “Beşiktaş” üz-üzə gəlib. Qarşılaşmadan əvvəl “Beşiktaş”ın baş məşqçisi van Bronckhorst bunları söylədi; “Rəqibimizi təhlil etdik, amma onların yeni məşqçisi var, onun gözəl karyerası var” dedi.

Sporaz.tv xəbər verir ki, Trendyol Superliqasında 5-ci həftənin ən diqqətçəkən matçında “Trabzonspor” Papara Parkda “Beşiktaş”ı qəbul edir.

Qarşılaşmadan əvvəl “Beşiktaş” məşqçisi Giovanni van Bronckhorst açıqlamasında deyib;

Hollandiyalı məşqçi açıqlamasında; “Rəqibimizi təhlil etdik, amma onların yeni məşqçisi var, onun gözəl karyerası var. Onların bu gün necə oynayacağını görəcəyik. Qarşılaşmada üstün olmaq və imkanlar yaratmaq istəyirik. Beynəlxalq fasilədən əvvəl olduğu kimi, bu gün də davam etmək istəyirik. Təcrübəli oyunçularımız var, biz bu gün hazırıq, qalib gəlmək istəyirik” dedi.

Bahar Rüstəm

Leave a Reply