Giovanni van Bronckhorstdan 24 il sonra ilk

Bakı, 23 sentyabr, Sporaz.tv

Beşiktaş“ın baş məşqçisi Giovanni van Bronckhorst Nevio Scaladan sonra ağ-qara komanda ilə evdə Super Liqanın ilk 3 matçında qalib gələn ilk əcnəbi məşqçi olub.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının 6-cı həftəsində “Beşiktaş” doğma meydanda “Eyüpspor”la üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən qara-ağlar meydanı qələbə ilə tərk edərək, liqadakı məğlubiyyətsizlik seriyasını davam etdirib.

Qarşılaşmada “Beşiktaş”ın qollarını Milot Rashica və Ciro Immobile vurub. Liqada məğlubiyyətsiz yollarını davam etdirən qara-ağlar cümə axşamı Avropa Liqasında ilk oyununda səfərdə “Ajax”la qarşılaşacaq.

Giovanni van Bronckhorstun rəhbərliyi altında “Beşiktaş” bu mövsüm liqada keçirdiyi 3 ev matçının hamısında qalib gəlib.

“Beşiktaş” bu prosesdə “Antalyaspor”, “Sivasspor” və “Eyüpspor”u məğlub edib.

Liqada keçirdiyi 3 ev matçının hamısında qalib gələn Beşiktaş məşqçisi Giovanni van Bronckhorst, Nevio Scaladan (2000/01) sonra qara-ağların başında ilk 3 ev Superliqa matçında qalib gələn ilk əcnəbi məşqçi oldu.

Bahar Rüstəm

Leave a Reply