Giovanni Van Bronckhorst tərəfindən Jean Onana qərarı

Bakı, 8 avqust, Sporaz.tv

Beşiktaş“ın baş məşqçisi Giovanni Van Bronckhorstun, “Samsunspor“la Super Liqa matçı öncəsi zədəli olan Gedson Fernandesin əvəzinə Jean Onana verəcəyi gözlənilir.

Sporaz.tv məlumat verir ki, Trendyol Superliqasının ilk həftəsində bazar günü “Samsunspor”un qonağı olacaq “Beşiktaş”da, “Galatasaray“(Qalatasaray)la Superkubok matçında topuğunu buran Gedson Fernandesin vəziyyəti qeyri-müəyyən olaraq qalır.

Ağ-qara komandanın dünənki məşqində iştirak edən portuqaliyalı futbolçunun, “Samsunspor” matçına çıxmasının çətin olduğu bildirilirdi.

“Beşiktaş”ın baş məşqçisi Giovanni Van Bronckhorst, ilk 11-likdə Gedson əvəzinə Jean Onananın olduğunu hesab edir.

Onananın yarımmüdafiədə Al Musrati ilə birlikdə oynayacağı gözlənilir.