Giovanni van Bronckhorst: “Mən məyus oldum”

Bakı, 16 sentyabr, Sporaz.tv

Beşiktaş baş məşqçisi Giovanni van Bronckhorst, Trabzonspor ilə 1-1 bərabərə qaldıqları matçından sonra: “İkinci hissədəki çıxışımız bizi heç qane etmədi. Bu gün 2 xal itirən tərəf bizik”.- sözlərini deyib.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasında mövsümün ilk derbisində “Trabzonspor” və “Beşiktaş” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçdan sonra “Beşiktaş”-ın baş məşqçisi Giovanni van Bronkhorst matçı dəyərləndirib.

Hollandiyalı məşqçi açıqlamasında: “Matç əslində gözlədiyimiz kimi başladı. Qırmızı vərəqədən sonra yaxşı reaksiya verə bilmədik. Rəqibin vurduğu cərimə zərbəsində daha yaxşı müdafiə olunmalı idik. İlk hissənin son anları ən yaxşı oynadığımız hissə idi.”-deyə bildirib.

Beşiktaş məşqçisi sözlərinə belə davam etdi: “Deyə bilərəm ki, ikinci hissədəki çıxışımız bizim üçün məyus oldu. Bu gün 2 xal itirən tərəf bizik. Fürsətlər yaratmağa çalışdıq. Hətta 2-3 qol da vura bilərdik. 10 nəfərlə rəqib az verdi. Daha sürətli hərəkətlər və ötürmələr etməli olduq, xüsusən də son 20 dəqiqədə “Hücum etməkdənsə, müdafiə etmək daha asandır. 10 nəfərə qarşı növbəti oyun üçün bu gündən bir şey öyrənirik.”-dedi.

Leave a Reply