“Getafe” – “Rayo Vallecano” matçı tarixə düşdü

Bakı, 25 avqust, Sporaz.tv

İspaniya La Liqasında keçirilən “Getafe” – “Rayo Vallecano” matçında qol vurulmayıb. Bu matç liqada 20 ildən sonra hədəfə vurulmadan tamamlanan ilk matç kimi qeydə alınıb.

Sporaz.tv xəbər verir ki, LaLiga-da 2024/24 mövsümünün ikinci həftəsində Alfonso Perez stadionunda “Getafe” və “Rayo Vallecano” komandaları üz-üzə gəlib.

Matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, ikinci hissədə heç bir komanda qol vura bilməyib.

Qarşılaşma 0:0 hesablı bərabərliklə bitdiyi halda, “Getafe” və “Rayo Vallecano” meydanı 1 xalla tərk edib.

Getafe matçı 12, Rayo Valyekano isə 3 zərbə ilə başa vurub.

Hər iki komanda bu zərbələri vura bilmədi. Opta məlumatlarına görə, bu qarşılaşma LaLiga tarixində 2003/04 mövsümündən sonra dəqiq zərbələrin vurulmadığı ilk matç olub.

“Getafe” La Liqada yeni mövsümün ilk iki oyununda heç-heçə edib. Mövsümün ilk oyununda səfərdə “Atletic Bilbao” ilə heç-heçə edən “Getafe” bu həftə qonaq olduğu “Rayo Vallecano” ilə matçdan da 1 xalla ayrılıb.

Mövsümə səfərdə “Real Sociedad”ı 2:1 hesabı ilə qalib gələrək açan “Rayo Vallecano” ikinci səfər matçında da məğlubiyyətsiz qalıb və xalını 4-ə çatdırıb.

“Rayo Vallecano” gələn həftə öz meydanında “Barcelona”nı qəbul edəcək. “Getafe” “Real Sociedad”ın qonağı olacaq.

Bahar Rüstəm