Gedson Fernandesdən zədə sualına cavab

Bakı, 15 sentyabr, Sporaz.tv

Beşiktaş“lı oyunçu Gedson Fernandes, “Trabzonspor” ilə 1-1 bərabərə qaldıqları matçın ardından; “Zədəli deyiləm. Yorğun olduğum üçün dəyişiklik istədim. Ehtiyat oyunçular skamyasında da əla oyunçularımız var” dedi.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasında mövsümün ilk derbisində “Trabzonspor” və “Beşiktaş” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Matçdan sonra “Beşiktaş”ın futbolçuları Gedson Fernandes, Feliks Uduokhai və Gabriel Paulista matçı dəyərləndirib.

Gedson Fernandes etdiyi şərhdə; “Əslində, qalib gəlmək üçün matça yaxşı hazırlaşmışdıq. Uzun müddət 11-10 oynasaq da, yararlana bilmədik. Zədəli deyiləm. Yorğun olduğum üçün dəyişiklik istədim. Bizim də skamyada əla oyunçularımız var” dedi.

Paulista; “Rəqibimiz 10 nəfərə düşmüşdü, lakin azarkeşləri onları 11-ci şəxs kimi dəstəklədilər. Rəqib çox geriyə çəkildi. Daha sürətli oynaya bilərdik. Nə isə, qələbə qolunu vura bilmədik. İlk oyunda bir az üstün idik. İkinci hissədə daha çox şansımız oldu, matç da çox çətin keçdi. Biz daha yaxşısını edə bilərik və güzgüyə baxıb deyə bilərik ki, beynəlxalq fasilənin bizə heç bir təsiri olmadı” dedi.

Matçın sonunda Uduokhai deyib; “Xoşbəxt deyilik. Rəqibimizdən bir adamla 70 dəqiqə çox oynadıq. Təbii ki, rəqibə hörmət edirəm, səhv başa düşməyin. Bir adamla çox oynayırsansa, qalib gəlməlisən. Bu, baş verməməlidir. Yenə təyin olunmuş hissədən qol buraxdıq, yaxşı müdafiə oluna bilmədik” sözlərini dedi.

Bahar Rüstəm

Leave a Reply