Gasperiniyə Nicolo Zaniolodan yaxşı xəbər

Bakı, 11 sentyabr, Sporaz.tv

Zədəsi səbəbindən hələ də “Atalanta“-da oynaya bilməyən Zaniolo zədəsini tam sağaldıb. Baş məşqçi Qasperini ona forma versə, Zaniolo ilk matçını keçirə bilər.

A Seriyasında “Fiorentina” ilə qarşılaşmağa hazırlaşan Atalantadan iki futbolçudan şad xəbər gəlib.

Gasperininin komandasında zədəsini tam sağaldan Nicolo Zaniolo və İbrahim Sulemana komanda ilə tam məşqlərə qayıdıblar.

Təcrübəli məşqçi onlara forma versə, hər iki futbolçu meydanda oynaya biləcək.

Ötən mövsümü “Galatasaray“-dan icarə əsasında “Aston Villa“-da keçirən Zaniolo 39 matçda İngiltərə komandasının formasını geyinib. 25 yaşlı futbolçu bu matçlarda 1290 dəqiqə meydanda olub və 3 qol vurmağı bacarıb.

Leave a Reply