Bakı, 1 may, Sporaz.tv
Bütün diqqətini liqa çempionluğuna yönəldən “Galatasaray”(Qalatasaray) növbəti mövsümü də planlaşdırır.
Sporaz.tv məlumat verir ki, sarı-qırmızılı klubun heyətində 14 əcnəbi futbolçu var. Gələn mövsümdən etibarən klublarda əcnəbi futbolçuların sayı 12-yə enəcək.
Mövsümün əvvəlində icarə əsasında “Galatasaray”(Qalatasaray)a keçən Tanquy Ndombele yenidən klubu “Tottenhem”ə qayıdacaq.
4 aydır heyətə qatılan Serj Aurier qalan müddətdə sürpriz olmasa, komandadan ayrılacaq. Serxio Oliveyra mövsümün qalan hissəsi üçün heyətdə nəzərdə tutulmayıb.
2026-cı ildə müqaviləsi başa çatacaq portuqaliyalı futbolçu ilə vidalaşacağı gözlənilir. Bildirilir ki, “Galatasaray”(Qalatasaray) Vilfrid Zaha və Tete üçün gələcək transfer təkliflərini də nəzərdən keçirə bilər.
Vüqar Alışov