“Galatasaray”(Qalatasaray)da növbəti mövsüm planı

Bakı, 1 may, Sporaz.tv

Bütün diqqətini liqa çempionluğuna yönəldən “Galatasaray”(Qalatasaray) növbəti mövsümü də planlaşdırır.

Sporaz.tv məlumat verir ki, sarı-qırmızılı klubun heyətində 14 əcnəbi futbolçu var. Gələn mövsümdən etibarən klublarda əcnəbi futbolçuların sayı 12-yə enəcək.

Mövsümün əvvəlində icarə əsasında “Galatasaray”(Qalatasaray)a keçən Tanquy Ndombele yenidən klubu “Tottenhem”ə qayıdacaq.

4 aydır heyətə qatılan Serj Aurier qalan müddətdə sürpriz olmasa, komandadan ayrılacaq. Serxio Oliveyra mövsümün qalan hissəsi üçün heyətdə nəzərdə tutulmayıb.

2026-cı ildə müqaviləsi başa çatacaq portuqaliyalı futbolçu ilə vidalaşacağı gözlənilir. Bildirilir ki, “Galatasaray”(Qalatasaray) Vilfrid Zaha və Tete üçün gələcək transfer təkliflərini də nəzərdən keçirə bilər. 

Vüqar Alışov