“Galatasaray” Osimheni açıqladı: Ulduz futbolçunun xərci nə qədərdir?

Bakı, 4 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray), Victor Osimheni heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray), rəsmi olaraq “Napoli“nin hücumçusu Victor Osimheni heyətinə qatıb. 25 yaşlı hücumçu 1 mövsüm sarı-qırmızılı forma geyinəcək.

Galatasaray (Qalatasaray), Osimhenin icarə haqqını ödəyə bilməyəcək. Nigeriyalı hücumçu, sarı-qırmızılılardan illik 6 milyon avro qazanacaq.

Osimhen, ötən mövsüm İtaliyanın “Napoli” komandası ilə 32 matça çıxıb. Futbolçu, bu matçlarda 17 dəfə fərqlənməyi bacarıb.