“Galatasaray”ın “Young Boys” matçı üçün düşərgə heyəti açıqlanıb

Bakı, 20 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Young Boys“la qarşılaşacaq “Galatasaray” düşərgə heyətini açıqlayıb. Barış Alper Yılmazın qida zəhərlənməsi səbəbindən heyətdə olmadığı bildirilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında İsveçrənin “Young Boys” komandası ilə qarşılaşacaq.

Qarşılaşmadan əvvəl “sarı-qırmızılılar” düşərgə heyətini açıqlayıb.

“Sarı-qırmızılı” komandada qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmazın heyətdə olmadığı bildirilib.

“Galatasaray”dan verilən açıqlamada “Ürəkbulanma, qusma və ishal şikayətləri olan və qida zəhərlənməsi aşkarlanan Barış Alper Yılmaz bu gün İsveçrəyə yollanan komandaya daxil edilməyib. Futbolçumuzun durumuna sabah səhər ediləcək qiymətləndirmədən sonra qərar veriləcək” deyildi.

“Galatasaray”da Kaan Ayhan cəzalı, Davinson Sanches isə zədə səbəbindən sabahkı matçda oynaya bilməyəcək.

Ötən mövsüm “Sparta Praga” matçında qırmızı vərəqə alaraq 1 oyunluq cəzalanan Kaan Ayhan sabahkı matçda meydana çıxa bilməyəcək.

Liqanın ilk həftəsində keçirilən “Hatayspor” matçından sonra sağ üst bel əzələ qrupunda gərginlik və qanaxma diaqnozu qoyulan Sanches “Young Boys”la qarşılaşmada meydana çıxa bilməyəcək.

Çempionlar Liqasında “Galatasaray” – “Young Boys” matçı sabah 23.00-da başlayacaq.

Matçın cavab oyunu çərşənbə axşamı, avqustun 27-də İstanbulda oynanılacaq.

“Galatasaray” bu turu keçsə, Çempionlar Liqasının liqa mərhələsində iştirak etmək hüququ qazanacaq.

Baş məşqçi Okan Burukun müəyyən etdiyi heyətdə aşağıdakı futbolçular yer alıb:

Fernando Muslera, Batuhan Şen, Günay Güvenç, Kerem Aktürkoğlu, Kerem Demirbay, Mauro Icardi, Dries Mertens, Yunus Akgün, Wilfried Zaha, Leo Dubois, Derrick Köhn, Berkan Kutlu, Gabriel Sara, Hakim Ziyech, Elias Jelsson, Victor Nelsson , Abdülkerim Bardakcı, Michy Batshuayi, Ali Yeşilyurt, Ali Turap Bülbül, Efe Akman, Metehan Baltacı.

Bahar Rüstəm