“Galatasaray”ın yeni yarımmüdafiəçisi Gabriel Sara

Bakı, 3 avqust, Sporaz.tv

“Galatasaray” Gabriel Saranın transferi üçün “Norwich City” ilə rəsmi müqavilə imzalayıb. “Sarı-qırmızılılar” 18 milyon avroluq transfer ödəyəcək. Braziliyalı futbolçu bu axşam İstanbula gələcək.

Sporaz.tv xəbər verir ki, “Sarı-qırmızılar” İngiltərə yığması ilə rəsmi müqavilə imzalayıb. Braziliyalı futbolçu ilə 5 illik razılıq əldə olunub.

“Galatasaray” 25 yaşlı futbolçu üçün 25 milyon avroluq transfer ödəyəcək. Gabriel Saranın bu gecə saat 01.30-da İstanbulda olacağı gözlənilir.

Gabriel Sara ötən mövsüm İngiltərə çempionatında mübarizə aparan “Norwich City”nin heyətində 53 rəsmi oyun keçirib. Sara bu yarışlarda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bahar Rüstəm