“Galatasaray”ın yeni transferi ilin 11-nə seçilib

Bakı, 21 avqust, Sporaz.tv

Gabriel Sara, İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən Çempionatda ilin ən yaxşı 11-nə seçilib.

Sporaz.tv xəbər verir ki, dünən İngiltərə Peşəkar Futbolçular Assosiasiyasında 2023/24 mövsümünün ən yaxşı oyunçularının müəyyənləşdiyi mükafatlandırma mərasimi keçirilib.

Bir çox mükafatların verildiyi mərasimdə Premyer Liqa, Çempionat və İngiltərə Futbol Liqalarında (EFL) 2023/24 mövsümünün ən yaxşı 11-liyi müəyyənləşib.

Galatasaray (Qalatasaray)-ın “Norwich City”-dən heyətinə qatdığı Gabriel Sara da İngiltərə çempionatında ötən mövsümün ən yaxşı 11-liyinə daxil olub.

Gabriel Sara, ötən mövsüm “Norwich City üçün 53 oyun keçirib.

Sara, bu matçlarda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

Elan edilmiş ən yaxşı 11-lik aşağıdakı adlardan ibarət olub:

Illan Meslier (Leeds United)
Leif Davis (Ipswich Town)
Kyle Walker-Peters (Southampton)
Ethan Ampadu (Leeds United)
Jannik Vestergaard (Leicester City)
Kiernan Dewsbury-Hall (Leicester City)
Gabriel Sara (Norwich City)
Archie Gray (Leeds United)
Crysencio Summerville (Leeds United)
Sammie Szmodics (Blacburn Rovers)
Adam Armstrong (Southampton)