“Galatasaray”ın yeni transferi Gabriel Saradan ilk açıqlama

Bakı, 5 avqust, Sporaz.tv

Galatasaray“ın İngiltərə çempionatında çıxış edən “Norwich City“dən heyətinə qatdığı Gabrieal Sara transfer üçün həyəcanlı olduğunu bildirib. Sara deyib: “Çox həyəcanlıyam. Mənə layihəni göstərdilər və mən bura gəldim. Bu, həqiqətən də inanılmaz klubdur” dedi.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” dünən “Norwich City”dən Gabriel Saranı heyətinə qatdığını açıqlayıb.

“Sarı-qırmızılılar” braziliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığını açıqlayıb.

Transfer rəsmiləşdikdən sonra Gabriel Sara “Galatasaray”ın klub televiziyasında ilk açıqlamalarını verib.

Sara açıqlamasında “Çox həyəcanlıyam. Layihəni göstərdilər və mən də bura gəldim. Həqiqətən də inanılmaz klubdur. Azarkeşlər instaqram hesabımda həyəcanlı olduqlarını göstərdilər, mən də eyni həyəcanı paylaşıram və görüşmək istəyirəm. “Galatasaray”la mənim adımın oxşarlığını eşitmişdim. Biz bir-birimiz üçün yaradılmışıq deyə bilərik. dedi.

“Sarı-qırmızılı” komandanın KAP-a verdiyi açıqlamada Gabriel Saranın transferi üçün 3 mövsümə yayılan 9 bərabər hissədə “Norwich City”yə 18 milyon avroluq transfer haqqı ödəniləcəyi bildirilib.

Beş illik razılıq əldə edilən braziliyalı futbolçuya hər mövsüm üçün 2 milyon 750 min avro ödənəcəyi bildirilib.

Karyerasına ölkəsinin “San Paulo” komandasında başlayan Sara 2022-ci ildə “Norwich City”yə transfer olunub. “Norwich City”də 96 matça çıxan Sara 21 qol vurub, 17 məhsuldar ötürmə edib.

Gabriel Sara “Galatasaray” tarixinin ən bahalı transferi kimi qeydə alınıb. Sarı-qırmızılı klubun bundan əvvəlki ən bahalı transferi 17 milyon avro ilə Mario Jardel olub.

Bahar Rüstəm