“Galatasaray”ın ulduzunu izləməyə Avropadan 6 klub gəlir

Bakı,16 may,Sporaz.tv

Super Liqada çempionluq uğrunda mübarizə aparan “Galatasaray” bazar günü axşam saatlarında “Fenerbahçe“nı qəbul edəcək. Avropadan 6 klub Barış Alper Yılmazı izləmək üçün nəhəng derbiyə müşahidəçi göndərəcək.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”da mövsümün ən diqqət çəkən adlarından biri olan Barış Alper Yılmaz Avropa klublarının da radarındadır. Bazar günü axşam oynanılacaq derbiyə İngiltərə, İtaliya və Fransa komandaları müşahidəçi göndərəcək.
“Galatasaray”ın ulduz futbolçusu Barış Alper Yılmaz Avropa nəhənglərini izləyib.
23 yaşlı futbolçu üçün “Fenerbahçe” derbisinə axın edən müşahidəçilər olacaq.
Barış Alper Yılmazı izləmək üçün “Tottenham“, “Aston Villa” və “West Ham United”  derbiyə İngiltərədən müşahidəçi göndərəcək.
Digər tərəfdən dünya nəhəngi İtaliya komandası “Juventus” və “Roma” da derbidə Barış Alper Yılmaz üçün gələcək.
Türkiyə milli futbolçusunu derbidə izləyəcək komandalar arasında Fransa təmsilçisi “Lille” də var.
“Sarı-qırmızılılar” “Galatasaray”la 2027-ci ilə qədər müqaviləsi olan Barış Alper Yılmazdan 20 milyon avrodan çox gəlir gözləyir.
Barış Alper Yılmaz bu mövsüm 53 matçda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bahar Rüstəm