“Galatasaray”ın ulduz futbolçularının transfer haqqı müəyyənləşib

Bakı, 5 iyul, Sporaz.tv

Ötən mövsüm “Galatasaray“da gözlədiyi töhfəni ala bilməyən Hakim Ziyech, Zaha Teteyə dəyər verib. Sarı-qırmızılılar 3 futbolçudan cəmi 30 milyon avro gəlir gözləyir.

Galatasaray ötən mövsüm transfer haqqı ödəmədən heyətinə qatdığı ulduz futbolçular Ziyeç, Zaha və Tetedən gözlənilən nəticəni ala bilməyib.

Sporaz.tv xəbər verir ki, , sarı-qırmızılılar bu 3 futbolçunun hər birinə 10 milyon avro qiymət qoyub.

“Galatasaray” mümkün futbolçu satışından xəzinəsinə ümumilikdə 30 milyon avro qoymağı hədəfləyib.

İngiltərənin “West Ham United” komandasının Zaha ilə, Səudiyyə Ərəbistanı komandalarının isə Ziyechlə maraqlandığı bildirilib.

Komandada qalsalar, Zaha 4 milyon 350 min avro zəmanətli qonorar alacaq.

Hakim Ziyech üçün bu rəqəm 2 milyon 850 min avrodur.

Tetenin illik zəmanət haqqı 2 milyon 800 min avrodur.