“Galatasaray”ın Tete planı

Bakı, 24 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray), Tete ilə yollarını ayırmağı planlaşdırır. Sarı-qırmızılı rəhbərlik, braziliyalı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm əldə etdiyi şanslardan yararlana bilməyən braziliyalı futbolçu, Avstriyanın ilk düşərgəsindəki çıxışına görə texniki komitədən keçid qiyməti almayıb.

Sarı-qırmızılılar, 24 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək. Rəhbərlik Tetenin satılmasına və ya icarəyə götürülməsinə müsbət yanaşır.

Daha əvvəl Braziliya Liqası komandalarından biri olan “Palmeiras“in gündəmində olan Teteyə ölkəsindən maraq olduğu öyrənilib.

Galatasaray (Qalatasaray)-da cinah rotasiyasında Zaha, Ziyech, Barış Alper Yılmaz, Kerem Aktürkoğlu, Yunus Akgün və Yusuf Demir kimi futbolçuların olması da 24 yaşlı futbolçunun fərqliliyini gücləndirir.

Komandada əcnəbilərin sayını azaltmağı qarşısına məqsəd qoyan rəhbərlik, Tete ilə vidalaşmağı hədəfləyib.

Ötən yay Ukraynanın “Shaktar Donetsk” komandasından təmənnasız transfer olunan Tete, “Galatasaray”da 45 rəsmi oyuna çıxıb. Braziliyalı futbolçu, mövsümü 3 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.