“Galatasaray”ın sağ cinah müdafiəçisi Alexander Bah üçün sürprizi

Bakı, 24 iyul, Sporaz.tv

Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən “Galatasaray“(Qalatasaray)da “Benfica“(Banfika)nın 26 yaşlı futbolçusu Alexander Bah gündəmə gəlib. Sarı-qırmızılıların bu transfer üçün 12 milyon avronu qurban verdiyi iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən Galatasarayda sağ cinah müdafiəçisi axtarışları bütün sürəti ilə davam edir.

Sarı-qırmızılılar bir müddət əvvəl “Benfica”da çıxış edən Alekxander Bahı gündəmə gətirib.

“Galatasaray”ın bu transfer üçün “Benfica”ya 12 milyon avro təklif etdiyi iddia edilib.

İki klub arasında danışıqların davam etdiyi bildirilib.

Bah ötən mövsüm 32 matçda “Benfica”nın formasını geyinib. Danimarkalı futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.