Bakı, 16 noyabr, Sporaz.tv
Bafetimbi Gomis, “Benfica“-da çıxış edən keçmiş komanda yoldaşı Kerem Aktürkoğlunun əla xarakterə malik olduğunu bildirib.
Sporaz.tv məlumat verir ki, yay transfer pəncərəsinin son günündə “Galatasaray“(Qalatasaray)-dan ayrılaraq “Benfica”-ya imza atan Kerem Aktürkoğlu Portuqaliya komandasındakı təsirli çıxışını davam etdirir.
Bafetimbi Gomis, Benfika forması ilə 11 matçda ikirəqəmli qol vuran Kerem Aktürkoğlu haqqında tərif dolu sözlər danışıb.
BeIN Sports-a danışan Bafetimbi Gomis: “Kerem Aktürkoğlu “Galatasaray”-da zaman-zaman tənqid olunurdu. Onunla həmişə danışmışam. Onunla yaxın idim və sevdiyim biri idi”- deyib.
Gomis həmçinin: “O, güclü şəxsiyyətə və xarakterə malik böyük insandır. Böyük liqalarda oynamaq eqosu var. O, hazırda Benfica üçün oynayır. Onu və ailəsini təbrik edirəm”- deyə o, açıqlama verib.
Bu mövsüm “Benfica”-nın heyətində 11 matçda meydana çıxan Kerem Aktürkoğlu 8 matçda 3 məhsuldar ötürmə edib.
26 yaşlı futbolçu bu mövsüm Milli Komanda ilə UEFA Millətlər B Liqasında İslandiya ilə ilk oyunda het-trik edib, səfərdə isə 1 qol və 1 məhsuldar ötürmə edib.