“Galatasaray”ın rəqibi “Young Boys”

Bakı, 5 avqust, Sporaz.tv

Sarı-qırmızılar, Nəhənglər Liqasında Young Boys (Yanq Boyz) komandası ilə iki oyun keçirəcək. “Galatasaray” rəqibini məğlub etsə, adını Çempionlar Liqasında yazdıracaq. Young Boys (Yanq Boyz)-un hücum xəttinə Facinet Conte, Ganvoula, Cedric Itten və Meshack Elia kimi oyunçular daxildir. Geniş yarımmüdafiə rotasiyası ilə seçilən Young Boys (Yanq Boyz) komandasının yarımmüdafiə xəttində Theo Golliard, Kastriot İmeri, Filip Ugrinic, Joel Monteiro yer alır. Mərkəzi yarımmüdafiədə Cheikh Niasse, Miguel Chalwa və Sandro oynayır.

Bəs Young Boys (Yanq Boyz)-un heyəti nə qədərdir, hansı ölkənin komandasıdır?

“Galatasaray”ın rəqibi Young Boys (Yanq Boyz) komandası, İsveçrə Liqasında (Super Liqa) mübarizə aparır. Qarşılaşmalarını 31500 tamaşaçı tutumuna malik Stadion Wankddorfda keçirən Young Boys (Yanq Boyz), tarixində 17 dəfə çempion olub.

İsveçrə Liqasında 4 həftə geridə qaldığı halda, “Galatasaray”ın rəqibi, 4 matçda 1 heç-heçə edib, 3 məğlubiyyət alıb.

İsveçrə komandasının qapısında Keller, Racioppi və Ballmoos, müdafiə xəttində isə Mohamed Camara, Zoukrou, Anel Hırsic, Hoel Bichsel, Loris Betino, Sadin Crnovrsanin kimi futbolçular yer alıb.

Komandanın ən diqqət çəkən oyunçusu 7,5 milyon avro bazar dəyəri olan Meşak Elia idi.

Young Boys (Yanq Boyz) komandası, yeni mövsümdə Alan Virjinius, Ebrima Kolley, Tanguy Zoukrou, Fecinet Konte, Sadin Crnovrsanin kimi adları heyətinə qatıb.