“Galatasaray”ın rəqibi “Lecce”dir

Bakı, 23 iyul, Sporaz.tv

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Galatasaray” sabah İtaliya təmsilçisi “Lecce” ilə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, düşərgənin ikinci mərhələsi üçün Avstriyanın Steiermarkın Liezen bölgəsindəki Irdningdə olan “sarı-qırmızılılar” ilk hazırlıq matçında İtaliya 1-ci Futbol Liqasının komandalarından olan “Lecce” ilə mübarizə aparacaq.

Linzdəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma GMT vaxtı ilə saat 20.30-da başlayacaq. Avstriya təmsilçisi “LASK”ın ev sahibliyi etdiyi “Summer Series Upper Austria” turnirinə qatılan “Galatasaray”, ilk mərhələ düşərgəsində 3 hazırlıq matçı keçirib. İlk yoldaşlıq oyununda LASK-a 3-2 hesabı ilə uduzan Qalatasaray, ikinci matçda Almaniya 2-ci Futbol Liqası təmsilçisi “Fortuna Düsseldorf”la qarşılaşıb və 5-2 hesabı ilə məğlub olub. “Sarı-qırmızılılar” son matçda Slovakiyanın “Trencin” komandasını 4-1 hesabı ilə məğlub edib.

Bahar Rüstəm