“Galatasaray”ın rəqibi bəlli olub

Bakı, 5 iyul, Sporaz.tv

Galatasaray Petrol Ofisi”nin UEFA Qadınlar Çempionlar Liqasının 1-ci turundaki rəqibi Lüksemburg komandası “Racing FC Union” olub.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamada İsveçrənin Nyon şəhərində UEFA Qadınlararası Çempionlar Liqasının 1-ci turunun püşkatma mərasiminin keçirildiyi bildirilib.

Sarı-qırmızılıların 8-ci qrupda ilk olaraq Racing FC Union komandası ilə qarşılaşacağı, rəqibinə qalib gəlsə, BIIK Shymkent (Qazaxıstan) – NSA Sofia (Bolqarıstan) matçının qalibi ilə 2-ci tura yüksələcəyi bildirilirdi.

Qrupda ilk oyunların sentyabrın 4-də, qalib komandaların ikinci mərhələyə yüksəlmək üçün oyununun isə sentyabrın 7-də oynanılacağı açıqlanıb. Qrup oyunlarının yeri hələ bəlli deyil.