Bakı, 19 avqust, Sporaz.tv
Çərşənbə günü Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Galatasaray (Qalatasaray)-ı qəbul edəcək “Young Boys“, bu matçdan əvvəl oynadıqları İsveçrə Kuboku matçında 10-0 qalib gəlib.
Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Young Boys”, İsveçrə Kuboku 1-ci tur matçında 5-ci Liqa komandası Printse-Nendazın qonağı olub. Qonaq komanda, zəif rəqibinə 10:0 hesabı ilə qalib gələrək, kubokun ikinci mərhələsinə yüksəlib.
“Young Boys”-un qollarını 1-ci və 22-ci dəqiqələrdə Darian Males, 29, 31 və 52-ci dəqiqələrdə Cedric Itten, 34, 45+1 və 55-ci dəqiqələrdə Alan Virginius, 63-cü dəqiqədə Theo Golliard və 85-ci dəqiqədə Quartier avtoqol vurub.
“Galatasaray”, “Young Boys” qarşılaşmasının ilk matçı avqustun 21-də baş tutacaq. Qarşılaşmanın cavab oyunu isə avqustun 27-də İstanbulda keçiriləcək.