Bakı, 23 iyul, Sporaz.tv
Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Galatasaray” sabah İtaliya təmsilçisi “Lecce” ilə qarşılaşacaq.
Sporaz.tv xəbər verir ki, düşərgənin ikinci mərhələsi üçün Avstriyanın Steiermarkın Liezen bölgəsindəki Irdningdə olan “sarı-qırmızılılar” ilk hazırlıq matçında İtaliya 1-ci Futbol Liqasının komandalarından olan “Lecce” ilə mübarizə aparacaq.
Linzdəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma GMT vaxtı ilə saat 20.30-da başlayacaq. Avstriya təmsilçisi “LASK”ın ev sahibliyi etdiyi “Summer Series Upper Austria” turnirinə qatılan “Galatasaray”, ilk mərhələ düşərgəsində 3 hazırlıq matçı keçirib. İlk yoldaşlıq oyununda LASK-a 3-2 hesabı ilə uduzan Qalatasaray, ikinci matçda Almaniya 2-ci Futbol Liqası təmsilçisi “Fortuna Düsseldorf”la qarşılaşıb və 5-2 hesabı ilə məğlub olub. “Sarı-qırmızılılar” son matçda Slovakiyanın “Trencin” komandasını 4-1 hesabı ilə məğlub edib.
Bahar Rüstəm