Bakı, 29 avqust, Sporaz.tv
Galatasaray (Qalatasaray)-ın təcrübəli qapıçısı Fernando Muslera Young Boys (Yanq Boyz) matçında qırmızı vərəqə alıb. UEFA Fernando Musleranı cəzalandırmağa hazırlaşır.
Young Boys (Yanq Boyz)-a 1:0 hesabı ilə məğlub olan Galatasaray (Qalatasaray) Çempionlar Liqası ilə vidalaşıb. Fernando Muslera Young Boys (Yanq Boyz)-un qolundan sonra Virginiusu təpiklə vurub və qırmızı vərəqə alıb.
Fernando Musleranı qırmızı vərəqə aldıqdan sonra böyük cəza gözləyir.
Görüntülərə əsasən UEFA təcrübəli qolkiperə ciddi cəza verməyə hazırlaşır.
Musleranın 3-4 matçlıq cəzası gözlənilir.
Bu isə o deməkdir ki, təcrübəli qolkiper UEFA Avropa Liqasında keçiriləcək 8 oyunun çoxunu buraxacaq.