Bakı, 12 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray), “Napoli”-dən icarəyə götürdüyü Victor Osimhenin transfer qiymətini almaq üçün hərəkətə keçib. “Chelsea”(Çelsi) və “Fenerbahçe“(Fənərbaxça)-nin nigeriyalı hücumçu ilə bağlı iddialarının ortaya çıxmasından sonra sarı-qırmızılıların, tez hərəkətə keçmək istədikləri və mövsümün sonuna qədər transfer etməyi hədəflədikləri bildirilib. 75 milyon avroluq transfer haqqını azaltmağa çalışan “Galatasaray”-ın mübadilədə İtaliya komandasının radarındakı 3 futbolçudan birini istifadə etmək istədiyi bildirilib.
Sporaz.tv məlumat verir ki, “Tottenham” matçından sonra “Samsunspor” matçına da damğasını vuran Victor Osimhenin transfer qiymətini almaq üçün “Galatasaray” düyməni basıb.
“Galatasaray” prezidenti Dursun Özbekin Osimhenin transfer haqqını almaqda çox qərarlı olduğu bildirilib.
Nigeriyalı mərkəz forvardının, adı “Fenerbahçe” və “Chelsea” ilə hallanmasından sonra tez hərəkətə keçmək istəyən sarı-qırmızılılar, mövsüm sonuna qədər transferdən ayrılmaq istəmir.
Osimhenin 75 milyon avroluq transfer haqqını azaltmağa çalışan “Galatasaray”-ın mübadilədə “Napoli”-nin radarında olan 3 futbolçudan birini istifadə etmək istədiyi bildirilib.
“Galatasaray”-ın Osimhen transferi üçün düşündüyü adların Davinson Sanchez, Barış Alper Yılmaz və ya Yunus Akgün olduğu iddia edilib.
Osimhen, bu mövsüm “Galatasaray”-ın heyətində 9 matçda 645 dəqiqə meydanda olub. 25 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.