“Galatasaray”ın “Manchester City”dən istədiyi ulduzu elan edildi

Bakı, 2 avqust, Sporaz.tv

Yarımmüdafiəçi axtarışlarını davam etdirən “Galatasaray“(Qalatasaray)ın, “Scott McTominay“(Skott MakTominay) üçün “Manchester United“(Mançester Yunayted)ə 12,6 milyon funt-sterlinq təklif etdiyi və sarı-qırmızılıların daha bir ingilis futbolçunu gündəmə gətirdiyi iddia edilib.

 Sporaz.tv məlumat verir ki, yarımmüdafiəçi transfer axtarışlarını davam etdirən “Galatasaray”ın, gündəmində “Manchester City”dən “Kalvin Phillips“(Kalvin Fillips)in olduğu iddia edilib.

“City”in 2022-ci ilin iyulunda 45 milyon funt sterlinqə “Leeds United”dən heyətinə qatdığı, lakin gözlənilən performansı əldə edə bilməyən Phillips, “Galatasaray”ın hədəfidir.

Xəbərin təfərrüatında, baş məşqçi Guardiolanın ötən mövsümün ikinci yarısını icarə əsasında “West Ham”də keçirən 28 yaşlı futbolçunu bu mövsüm heyətdə hesab etmədiyi və komanda axtarıldığı bildirilib. ingilis futbolçu.

İngiltərə millisində 31 dəfə forma geyinən Kalvin Phillipslə “Everton”un maraqlandığı iddia edilsə də, futbolçunun karyerasını xaricdə davam etdirməkdə həvəsli olduğu bildirilib.

Xəbərdə Scott McTominay üçün Manchester Unitedə edilən 12,6 milyon funt sterlinqlik təklifin rədd edilməsindən sonra “Galatasaray”ın Phillipsin transfer yarışına qatıldığı vurğulanıb.

İngilis futbolçu ilə “Roma”, “Leipzig” və “Salzburg”un da maraqlandığı iddia edilirdi.

Kalvin Phillips ötən mövsüm 20 rəsmi matçda meydana çıxıb və bir dəfə fərqlənib.