“Galatasaray”ın keçmiş ulduzu Nikolo Zaniolodan şad xəbər gəldi

Bakı , 2 may , sporaz.tv

Premyer Liqa komandası Aston Villada çıxış edən Nikolo Zaniolo haqqınnda şad xəbəri onun baş məşqçisi verib.

Sporaz.tv xəbər verir ki , Zaniolo haqqında danışan Emeri, “Nikolo Zaniolo “Olimpiakos” matçı üçün heyətdə ola bilər. O, hazırda özünü yaxşı hiss edir” deyərək italyan ulduzu sevindirən xəbəri bölüşüb.

“Aston Villa” və “Olimpiakos” cümə axşamı Konfrans Liqasının Yarımfinalında üz-üzə gələcək.
Nikolo Zaniolo bu mövsüm “Aston Villa”nın heyətində bütün yarışlarda ümumilikdə 37 matçda iştirak edib. İtaliyalı cinah yarımmüdafiəçisi 37 matçda 3 qol vurub və heç bir məhsuldar ötürmə edə bilməyib.
Onun 2027-ci ilə qədər müqaviləsi var
Ümumilikdə 1269 dəqiqə meydanda qalan ulduz futbolçu “Aston Villa”nın meneceri Unai Emerinin başlanğıc 11-lik ideal oyunçusu ola bilməyib. Transfermarkt məlumatlarına görə, “Qalatasaray”la 2027-ci ilə qədər müqaviləsi olan Nikolo Zaniolonun hazırkı bazar dəyəri 20 milyon avrodur.

Bahar Rüstəm