“Galatasaray”ın kassasını dolduracaq Zaniolo transferi

Bakı, 20 iyun, Sporaz.tv

GalatasarayNicolo Zaniolonun satışı üçün xaricdəki təmaslarını davam etdirir. “Galatasaray”ın meneceri İbrahim Hatipoğlunun Zaniolo transferi ilə bağlı 3 klubla əlaqə saxladığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın ötən mövsüm “Aston Villa“ya icarəyə göndərdiyi Nicolo Zaniolo İngiltərə klubu ilə müqaviləsi başa çatdıqdan sonra “sarı-qırmızılar”a qayıdıb. Ancaq italyan futbolçunun “Galatasaray”da daimi olmayacağı iddia edilirdi.

Zaniolo və “Galatasaray”ın həftənin sonuna kimi yollarını ayıracağı gözlənilir.

Erden Timurun boşaldığı vəzifəni icra edən İbrahim Hatipoğlu italyan ulduzun satış danışıqları üçün ölkə xaricinə yollanıb. Hatipoğlu cümə axşamına qədər 3 klubla masa arxasında oturacaq.

Bu klublardan biri də indiyədək ən ciddi təklifi edən “Atalanta”dır. “Galatasaray”ın bu satışdan gözləntisi ən az 20 milyon avrodur.

Belə ki, ötən mövsüm “Aston Villa”ya 5 milyon avroya icarəyə verilən Zaniolodan ciddi qazanc əldə olunacaq. “Sarı-qırmızılar” gənc futbolçunun transfer xidməti üçün “Roma” ilə hissə-hissə 15 milyon avroya anlaşıb.

“Galatasaray”lılardan başqa bir gözlənti də Zaniolonun yeni klubu ilə ediləcək növbəti satışdan yüksək pay faizidir.

Beləliklə, “sarı-qırmızılılar” bir neçə mövsümdən sonra yenidən Zaniolodan pul qazanmaq imkanı qazanacaq.

Çünki 24 yaşlı futbolçunun yaxın vaxtlarda Seria A-da yenidən partlayacağı və Avropanın böyük nəhənginə transfer olunacağı ehtimalı çox böyük görünür.

Bahar Rüstəm