Bakı, 14 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray), “Napoli”-dən icarəyə götürdüyü Victor Osimhenin transfer qiymətini almaq üçün sponsorluq danışıqlarını sürətləndirib. Sarı-qırmızılıların, nigeriyalı hücumçunun transfer haqqı ilə bağlı düşündüyü ödəniş planı ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib.
Sporaz.tv məlumat verir ki, yanvar ayında Victor Osimhenin transfer haqqını almağı hədəfləyən “Galatasaray”, “Fenerbahçe”(Fənərbaxça)-nin ulduz hücumçu ilə bağlı iddialarından sonra tez hərəkətə keçmək istəyir.
Nigeriyalı futbolçunu transfer qarşılığında heyətinə qatmaq istəyən sarı-qırmızılar, sponsorlarla danışıqları davam etdirir.
Digər tərəfdən, “Napoli” ilə əlaqəni davam etdirən “Galatasaray”, yanvarda Osimhenin transferini almaq istəsə, futbolçu üçün 66 milyon avro ödəməlidir.
“Galatasaray”-ın bu transfer üçün ödəniş planını müəyyən etdiyi iddia edilib.
Osimheni uzun illər komandada saxlamaq istəyən “Galatasaray”, “Napoli”-ə 25 milyon avro ödəməyi və qalan məbləği 3 ilə yaymağı hədəfləyib.
Kim Min-Jae və Eljif Elmas transferlərindən sonra yaxın münasibət qurduğu “Napoli”-ə təklif etmək üçün “Fenerbahçe”-nin menecer Mirsad Türkcana səlahiyyətli olduğu iddia edilib.
Osimhenin “Galatasaray”-da xoşbəxt olduğunu deməsi və azarkeşlərlə qurduğu bağ sarı-qırmızılılar üçün böyük üstünlük kimi qiymətləndirilir.
Victor Osimhen, “Galatasaray”-ın heyətində 9 matçda 645 dəqiqə meydanda olub. 25 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.