“Galatasaray”ın istədiyi müdafiəçi açıqlanıb

Bakı, 4 sentyabr, Sporaz.tv

Victor Osimhenin transferi ilə bütün dünyaya səs salan “Galatasaray“(Qalatasaray) üçün yeni iddia ortaya atılıb. Sarı-qırmızılıların, “Lille”-də çıxış edən müdafiəçi Alexsandronun ardınca getdiyi iddia edilib. Braziliyalı müdafiəçi, “Fenerbahçe“(Fənərbağça) matçında Tadiclə yaşadığı gərginlikdən sonra “Fenerbahçe” azarkeşlərinin reaksiyasına tuş gəlib.

Sporaz.tv məlumat verir ki, “Napoli“-dən Victor Osimheni heyətinə qatmaqla gündəmə gələn “Galatasaray”-ın transferi ləngitmək niyyəti yoxdur.

Nəhayət, italyan jurnalist Nicolo Schira, “Galatasaray”-ın “Lille“-in müdafiəçisi Alexsandro ilə maraqlandığını açıqlayıb.

“Lille”-in son həftələrdə Alexsandro üçün iki təklifi rədd etdiyi bildirilib. Digər tərəfdən, 25 yaşlı braziliyalı müdafiəçinin daha bir talibinin “Bologna” olduğu iddila edilib.

Alexsandro, “Fenerbahçe”-nin Çempionlar Liqasının pley-off mərhələsində “Lille” ilə matçında da iştirak edib.