“Galatasaray”ın icarəyə götürdüyü futbolçuları geri qayıdır

Bakı,22 may,Sporaz.tv

Galatasaray“(Qalatasaray)ın icarəyə götürdüyü futbolçular mövsüm başa çatdıqdan sonra kluba qayıdacaq. Hazırlıqlara Nicolo Zaniolo, Yunus Akgün, Emin Bayram ve Leo Dubois  kimi futbolçular qatılacaq.

Sporaz.tv məlumat verir ki,“Galatasaray”(Qalatasaray) ötən yay transfer dövründə bir çox futbolçusunu icarəyə göndərib.

Mövsüm başa çatdıqdan sonra bu futbolçular sarı-qırmızılı kluba qayıdacaq.

Nicolo Zaniolo İngiltərənin Aston Villa komandasına şərti məcburi satınalma opsionu ilə icarəyə verilib.

Başlanğıc onbirlikdə müəyyən sayda matça başlaması tələb olunan italyan futbolçu bu tələbi yerinə yetirə bilmədiyi üçün transfer təmin edilməyib.

24 yaşlı futbolçunun “Galatasaray”(Qalatasaray)ın yay düşərgəsində iştirak etməsi planlaşdırılır.Lakin Zaniolo üçün təklif gəlsə, rəhbərliyin dəyərləndirəcəyi öyrənilib.

Yunus Akgün də şərti variantla “Leicester City”yə icarəyə verilib.Transfer haqqını almaq üçün 25 matçda meydana çıxmalı olan Yunus 23 matçda İngiltərə komandasının formasını geyinib.

Baş məşqçi Okan Burukun yeni mövsümdə Yunus Akgünü heyətdə saxlamaq istədiyi bildirilib.Mövsümün əvvəlində 1 illik Vesterloya yollanan Emin Bayram çox yaxşı mövsüm keçirdi.

Gənc futbolçu Belçika yığması ilə 24 matçda meydana çıxıb, 22 matçın 11-nə start verib.Eminin yeni mövsümdə“Galatasaray”(Qalatasaray)ın mərkəz müdafiəçisi rotasiyasında olacağı gözlənilir.

“Galatasaray”(Qalatasaray)ın icarəyə göndərdiyi daha bir futbolçu isəLeo Dubois…Fransız futbolçunun RAMS Başakşehirə transferindən sonra sarı-qırmızılılar həmin bölgədə qıtlıq yaşadı.Xəbərlər arasında texniki heyətin Duboisin mövsümöncəsi məşqdə iştirakını istəməsi də var…