“Galatasaray”ın hədəfi Nicola Zalewskidir

Bakı, 9 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-da çatışmayan bölgələrə transfer cəhdləri davam edir. “Sarı-qırmızılar” “Roma”da çıxış edən polşalı Nicola Zalewski ilə bağlı danışıqları davam etdirir.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-da transfer işləri davam edir. Rəhbərlik çatışmazlıq hesab edilən sahələri gücləndirmək üçün təmaslarını davam etdirir.

Galatasaray (Qalatasaray), sentyabrın 13-dək sol cinah və yarımmüdafiə xəttini gücləndirmək istəyir. Sarı-qırmızılıların siyahısında xeyli futbolçu var.

Victor Osimhenin Galatasaray (Qalatasaray)-a transferindən sonra baş məşqçi Okan Buruk heyətdə dəyişiklik etməyi planlaşdırır.

Qarşıdakı matçlarda 3-5-2 taktikasından istifadə etməyi düşünən təcrübəli məşqçi, rəhbərlikdən heyətə sol cinah müdafiəçisi cəlb etməyi xahiş edib.

Bu adların başında “Roma”da çıxış edən Nicola Zalewski var. Polşalı futbolçu, Okan Burukun istədiyi profilə uyğun gəldiyi üçün siyahının başındadır.

Rəhbərlik 22 yaşlı futbolçu üçün “Roma” klubu ilə görüşüb və müsbət cavab alıb. Sarı-qırmızılılar futbolçu ilə anlaşsa, transfer tamamlanacaq.

Zalewskinin “Roma” ilə 1 illik müqaviləsi var. Bu səbəbdən “Galatasaray” gənc futbolçunu münasib transfer haqqı ilə özünə cəlb etməyi hədəfləyir.

Transfer razılaşması əldə olunmasa, Zalewskinin icarə əsasında komandaya qoşulacağı gözlənilir.

Nicola Zalewski bu mövsüm “Roma”nın heyətində 3 matçda iştirak edib. Polşa millisi ilə 2 oyuna çıxan gənc futbolçu 1 dəfə qol sevinci yaşayıb.

Leave a Reply