“Galatasaray”ın gündəmində olan Adrien Rabiot bağlı açıqlama verilib

Bakı, 13 avqust, Sporaz.tv

Juventus“(Yuventus)-dan ayrılan Adrien Rabio üçün “Galatasaray“(Qalatasaray)-dan başqa “Arsenal“, “Chelsea“, “Liverpool” və “Manchester United” də var. Rabionun meneceri və anası Veronique, transferlə bağlı açıqlama verib.

Sporaz.tv məlumat verir ki, “Juventus”la vidalaşdıqdan sonra yeni ünvanı maraq doğuran Adrien Rabiot üçün “Galatasaray” da var.

Fransız yarımmüdafiəçi ilə “Galatasaray”dan başqa “Arsenal”, “Chelsea”, “Liverpool” və “Manchester United” də maraqlanır.

Digər tərəfdən, Adrien Rabiotun anası və meneceri Veronique açıqlamasında: “Danışıq apardığımız komandalar var. Maraqlanan klublar yalnız mənimlə danışmalıdırlar”-dedi.

Atletico Madrid“in Rabiodan imtina etdiyi bildirilərkən, təcrübəli yarımmüdafiəçinin yeni ünvanının İngiltərə Premyer Liqası olacağı gözlənilir.

Qəzetin “Rabiotun Super Liqaya düşmək ehtimalı azdır, amma pulun yolları sonsuzdur”-açıqlamasını verib.

2023-24 mövsümündə A Seriyasında və İtaliya Kubokunda ümumilikdə 35 matça çıxan və 3012 dəqiqə meydanda olan Adrien Rabiot 5 qol və 3 məhsuldar ötürmə statistikasına imza atıb.