“Galatasaray”ın futbolçusu yaşıl meydanlarla vidalaşıb

Bakı, 11 noyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın sabiq futbolçularından olan Bafetimbi Gomis 39 yaşında futbolu tərk etmək qərarına gəlib.

Sporaz.tv xəbər verir ki, 39 yaşlı Bafetimbi Gomis yaşıl meydanlarla vidalaşıb.

Futbola 2002-ci ildə St. Etienne alt liqasında başlayan Bafetimbi Gomis, daha sonra müvafiq olaraq Troyes, Lyon, Swansea, Marsilya, Galatasaray, Al-Hilal və Kawasaki Frontale komandalarının formasını geyinib.

Karyerasında ümumilikdə 785 matça çıxan fransalı forvard, 353 qol və 75 məhsuldar ötürmə statistikasına imza atıb.

“Galatasaray”-la 2 Super Liqa çempionu olan Bafetimbi Gomis, karyerasında ümumilikdə 13 Kubok qazanıb.

Leave a Reply