Bakı, 25 oktybr, Sporaz.tv
Galatasaray (Qalatasaray)-ın futbolçusu Barış Alper Yılmazın İsveçin “Elfsborg” komandasına vurduğu qol UEFA Avropa Liqasında həftənin ən yaxşısı adına namizəd olub.
Sporaz.tv xəbər verir ki, Liqanın saytında keçirilən səsvermədə Galatasaray (Qalatasaray)-ın 4-3 hesablı qələbə qazandığı matçın 44-cü dəqiqəsində qol vuran Barış Alper Yılmaz “3-cü həftənin qolu” kateqoriyasına namizəd olub.
Manchester United (Mançester Yunayted)-dən Christian Eriksen, “Bodo/Glimt”dən Villads Nielsen və “Rangers”dən Vaclav Cerny də eyni kateqoriyaya namizəd olan futbolçular arasında yer alıb.