Bakı, 12 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın yeni mövsüm transferlərindən olan Elias Jelert, göstərdiyi performansla gözləntilərin altında olub. Baş məşqçi Okan Burukun Jelert planı açıqlanıb.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın yay transfer dövründə “Kopenhagen“-dən 9 milyon avroya transfer etdiyi Elias Jelert, tənqid hədəfinə çevrilib.
Performansından məyus olan və oynamaq şansı tapmaqda çətinlik çəkən 21 yaşlı danimarkalı sağ cinah müdafiəçisi üçün Okan Burukun planı açıqlanıb.
Jelertə dəstək verən Buruk, gənc futbolçu ilə bağlı rəhbərliyə dəyərləndirmə verib.
Xəbərdə Okan Buruk Jelert haqqında: “Bəlkə indiyə qədər töhfə verə bilməyib, amma zamana ehtiyacı var. İlk dəfə xaricə çıxıb və gənc oyunçudur” deyib.
Buruk, 21 yaşlı sağ cinah müdafiəçisi ilə bağlı sözlərinə belə davam edib: “Jelert bu komandanın önəmli adlarından birinə çevriləcək. O, bizim üçün dəyərli futbolçudur və biz Eliası qazanacağıq. Onların nə edə biləcəyini bilirəm və bunun üçün doğru vaxtı seçəcəyik”.
O, “Galatasaray”-la 10 matçda meydana çıxıb və 341 dəqiqə meydanda olub.